“Dini tolerantlığın gücləndirilmısi və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib.Xalqinfo.az islamazeri.az-a istinadən xəbər veriri ki,bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Pakistan Strateji Tədqiqatlar İnstitunun (PSTİ) təçkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyinin dəstəyi ilə İslamabad şəhərində “Dini tolerantlığın gücləndirilmısi və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilib. Komitənin mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə PSTİ-nin sədri, səfir Xalid Mahmud açıb. O, iki qardaş ölkənin tolerantlığın gücləndirilməsi istiqamətində təcrübəsinin öyrənilməsi baxımından bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Konfansda çıxış edən DQİDK sədrinin müavini Gündüz İsmayılov Azərbaycan hökumətinin ölkədə dini tolerntlığın qorunması və radikalizmlə mübarizə istiqamətində həyata keçirdiyi siyasətdən danışıb. Konfransdan sonra iştirakçılara Azərbaycan məscidlərinin fotolarından ibarət “Azərbaycan-İslam mədəniyyətinin incisi” sərgisi təqdim edilib. Sərgidə 40-dan çox məscid, o cümlədən Azərbaycanın Qarabağdakı erməni işğalı altında olan məscidlərimizin işğaldan əvvəlki və sonrakı fotoları nümayiş etdirilib. Konfrans və sərgidə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları, həmçinin xarici ölkələrin Pakistandakı diplomatik nümayındəliklərinin rəhbərləri və əməkdaşları, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|