» » 11 nəfər həbs olundu -

11 nəfər həbs olundu - Qadınlar da var var

Bölmə: Xəbər, BLOK XƏBƏR
11 nəfər həbs olundu -

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan ərazisinə qanunsuz daşınmasının qarşısı alınmış, bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.


"qafqazinfo" MTN-in Mətbuat Xidmətindən daxil olan məlumata görə, keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda külli miqdarda narkotik vasitə olan – 2 kiloqram 700 qram heroin, 15 kiloqram 891 qram tiryək, 700 qrama yaxın həşiş qətranı aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə cinayət işləri başlanılmışdır. Azərbaycan Respublikasının vətəndaşları – Mehtiyev Elçin Zöhrab oğlu, Cəfərova Nərgiz Zeynal qızı, Rzayev Fuad Ziyad oğlu, Abuşov Aqil Arif oğlu, Abasov Şücaət Hüseynağa oğlu, Əsgərov Cavanşir Ələsgər oğlu, Həziyev Mayıs Xanibəy oğlu, Mirzəyev Misir Əli oğlu, Feyzullayev Ədalət Qəzənfər oğlu, Gülməmmədov Kərim Səlim oğlu və onun həyat yoldaşı Gülməmmədova Mehriban Qəhrəman qızı təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler