» » Arzu Kazımov azadlığa çıxdı

Arzu Kazımov azadlığa çıxdı

Bölmə: Xəbər
Arzu Kazımov azadlığa çıxdıFəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı videolarda adı keçən iş adamı Arzu Kazımov azadlığa çıxıb.

Bu barədə azadllıq.info xəbər yayıb.

Musavat.com-un əməkdaşı A.Kazımovun vəkili ilə əlaqə saxlayıb, o, bu məlumatı təsdiqləyib.

Qeyd edək ki, Arzu Kazımovun adı Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işində hallanırdı.

A.Kazımov isə bildirirdi ki, E.Abdullayevin şərinə məruz qalıb, onun Mahir Abdullayevin işi ilə bağlı heç bir bağlılığı olmayıb.

Əksinə, o, bildirirdi ki, E.Abdullayev onun rəhbərlik etdiyi şirkətə bina tikməyi xahiş edib, sonradan isə bunun müqabilində ödədiyi pulu şantaj yolu ilə geri tələb edib.
A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler