» » Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu

Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Polkovnik xuliqanlıq ittihamı ilə həbs olundu
Beyləqan Rayon Polis Şöbəsi Azərbaycan ordusunun polkovniki Qadir Vəlişovu xuliqanlıq ittihamı ilə həbs edib.

Xalqinfo” gununsesi.org-a istinadən xəbər verir ki, bu barədə polkovnikin yaxınları bildirib.

Onların sözlərinə görə, yaşadığı Beylaqan rayonuna qayıdan Vəlişov rayonda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə CM-nin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilib.

Qeyd edək ki, polkovnik Vəlişov Qadir Saday oğlu Ləltəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb. O, bu əməliyyat zamanı ağır yaralanıb.

6 ay əvvəl Silahlı Qüvvələrdən tərxis olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler