» » Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi

Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi

Bölmə: Xəbər
Yol polisi hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət etdi
Hava şəraiti ilə əlaqədar sürücülər sürət həddini aşmamalı, ara məsafəni normadan artıq gözləməli və avtomobil yollarında təhlükəsizliyin təmin edilməsinə ciddi yanaşmalıdır.

Bu barədə Xalqinfo.az-a Bakı Şəhər Baş Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, hər bir hərəkət iştirakçısı təhlükəsizliyin təmin edilməsində üzərinə düşən vəzifəni yerinə yetirməlidir:

“Tövsiyə edilir ki, şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyat vasitələrindən istifadə edilsin. Nazirliyin qeyd etdiyi kimi, gözlənilən kəskin hava şəraitində sürücülər yollarda daha ehtiyatlı olmalıdırlar.

Peşəkar və ya qeyri-peşəkar sürücülərdən yağışlı, küləkli havalarda paytaxtın enişli-yoxuşlu yollarında sürət həddini azaltması məsləhət görülür. Günün pik saatlarında havaların yağışlı və çiskinli olması, axşam saatlarında havanın tez qaralması nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada bilər. Bütün bunları nəzərə alaraq, sürücüləri maksimum dərəcədə yol hərəkəti qaydalarına əməl etməyə və yollarda məsuliyyətli olmağa çağırırıq.

Belə hava şəraitində qəzalardan yayınmaq üçün maksimum diqqətli olmalı, avtomobillərin dövlət qeydiyyat nömrələrinin aydın seçilməsini təmin etməlidirlər. Bundan başqa, hava şəraiti ilə əlaqədar parkinq məsələsində də diqqətli olmaq lazımdır.

Gözlənilməz hadisələrdən yayınmaq və avtomobilə dəyə biləcək maddi ziyanın qarşısını almaq məqsədilə ağacların altında avtomobil saxlamaq tövsiyə edilmir. Məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bütün qurumlar üzərinə düşən tədbirləri görürlər. Vətəndaşlardan da, diqqətli olmaları və yol hərəkəti qaydalarına maksimum dərəcədə əməl etmələri xahiş edilir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler