Cəlilabadda avtomobil iki nəfəri vurubBölmə: Xəbər
Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.Xalqinfo.az milli.az-a istinadən bildirir ki, Cəlilabad rayon Kövüzbulaq kənd sakini, 1979-cu il təvəllüdlü Abdinov Mahir Tahir oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomaşınla Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən kənd sakini, 1973-cü il təvəllüdlü Məhərrəmov Səttar Heydər oğlunu və Cəlilabad rayon sakini, 1974-cü il təvəllüdlü Kərimov Azad Əvəz oğlunu qəfil idarəetməni itirmə nəticəsində vurub. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, xəstələrin hər ikisinin vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndəriliblər. Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|