» » “Azərbaycanın adının mühacir biznesində hallanması bu ölkələrə viza almaqda çətinliklər yaradacaq”

“Azərbaycanın adının mühacir biznesində hallanması bu ölkələrə viza almaqda çətinliklər yaradacaq”

Bölmə: Xəbər
“Azərbaycanın adının mühacir biznesində hallanması bu ölkələrə viza almaqda çətinliklər yaradacaq”
Siyasi mühacir biznesində Azərbaycanın adının hallanması Avropaya, ABŞ-a, Kanadaya və Böyük Britaniyaya səyahət etmək istəyənlərə viza almaqda çətinliklər yaradacaq.

 

"Xalqinfo" xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib.

 

Azərbaycan vətəndaşlarına viza verilməsində gözlənilən çətinliklər və tövsiyyələr haqqında danışan iqtisadçının sözlərinə görə, ilk növbədə viza üçün müraciət edənlərə imtina cavabları çoxalacaq:

 

"İkincisi, viza almaq istəyənlərdən əlavə sənədlər (məsələn, əmək haqqı cədvəli, bank hesabından çıxarış, mülkiyyət şəhadətnaməsi və sairə) tələb olunacaq. Üçüncüsü, vizanın verilməsi prosesi bir çox hallarda 2 həftəyədək uzadılacaq. Müddətin uzadılması müraciət edənlərin daha dərindən araşdırmalması ilə əlaqədar olacaq. Dördüncüsü, verilən vizanın müddəti qısa və girişlərin sayı məhdud olacaq. Beşincisi, Şenqen zonasına daxil olan ölkələrdə pasport nəzarətində Azərbaycan vətəndaşları Avropaya səfərin məqsədinə dair sorğu-suala tutulacaq".


Qubad İbadoğlu odur ki, xaricə səfər etmək niyyətində olanlara tövsiyə edir ki, müraciətləri üçün çox zaman ayırsınlar, səfər tarixindən ən azı 1 ay əvvəldən viza görüşü alsınlar, viza sənədlərini tələblərə uyğun hazırlasınlar, yalnışlığa və saxtakarlığa yol verməsinlər, uçuş biletlərini vizanı əldə etməmiş almasınlar, viza müsahibələrinə hazırlıqlı getsinlər, bu zaman sorğulara cavab verərkən həyəcanlanmasınlar, inamlı görsənsinlər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler