» » Tariximizi kor qoyan kitablar-

Tariximizi kor qoyan kitablar- Video

Bölmə: Xəbər
Tariximizi kor qoyan kitablar-
Ümumtəhsil məktəblərinin 11-ci sinifləri üçün nəşr edilən “Azərbaycan tarixi” dərsliyində cümhuriyyət dövrü üçdə bir qədər azaldılıb.

Bunu ANS-ə açıqlamasında “Azərbaycan tarixi” dərsliyinin müəlliflərnidən biri Xaqani Məmmədov bildirib. Bəri başdan deyim ki, Xaqani Məmmədov professordur. Dərsliyin cümhuriyyət dövrü fəslinin əsas müəllifidir. Ona görə də tarix dərsliklərinin vəziyyətilə bağlı bir müddət əvvəl hazırladığımız tənqidi reportaja onun fikirlərini öyrənmək maraqlı olardı. Müəllif söhbətə əlində başqa bir tarix kitabı ilə gəldi. Bu kitabı 2000-ci illərin əvvəllərində orta məktəbin yuxarı siniflərində oxuyanlar yaxşı tanıyır. Orada cümhuriyyət dövrünə düz 80 səhifə yer ayrılıb və hər şey haqda müfəssəl məlumat var. Xaqani Məmmədov deyir ki, həmin dərslik şəxsən Heydər Əliyevin tapşırığı ilə yazılmışdı və cümhuriyyət dövrünü özündə tam əks etdirirdi.

Bundan əlavə bu dərslikdə Semyon Pankratovun öldürdüyü 21 general haqda da məlumat olub. Bəs yaxşı, sonradan nə baş verdi ki, bu məlumatlar dərsliklərdən çıxarıldı? Müəllif deyir ki, bu məsələdə Təhsil Nazirliyinin göstərişi rol oynayıb:

"Təhsil Nazirliyi bildirdi ki, Avropada orta məktəblərdə şagirdlər üçün xüsusi qaydalar var. Belə ki, tarix kitablarının yazılış qaydası var, biz bu qaydalara, necə ki, baloniya sistemində ali məktəblərimiz pərçim olunub, orta məktəblərimiz də Avropa orta məktəblərinin qaydalarına uyğunlaşmalıdır. Və kitabda ixtisarlar olunmalıdır – adlar və rəqəmlər ixtisar olunmalıdır ki, şagirdlər yorulmasın”.

Təhsil Nazirilyində isə bu haqda ümumiyyətlə danışmaq istəmədilər. Bəlkə də ona görə ki, dərsliklər mövzusu Nazirliyin ən çox qınağa tuş gəldiyi sahələrdən biridir və dərsliklərin monitorinqini aparan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə ilboyu aralarında bu mövzuda mübahisə yaşanır.

Məlumat üçün deyim ki, dərsliklərin qiymələndirilməsini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirir. Ötən il bu qurum onlarla dərsliyi təhsilə yararsız hesab edib. 11-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyi də bu qəbildəndir. Qurumdan verilən məlumata görə, hazırda məktəblərdə tədris olunan yeni nəşrdə də müəyyən uyğunsuzluqlar var və dərslik açıq müzakirələrə hazırlanır. Ümid edək ki, bu müzakirələr nəticəsiz qalmayacaq. “Azərbaycan tarixi”, onun şərəfli hissəsi olan cümhuriyyət dövrü uşaqlarımıza sanballı şəkildə öyrədiləcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler