» » Rüfət Dadaşov Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb

Rüfət Dadaşov Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb

Bölmə: Xəbər
Rüfət Dadaşov Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb
Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

"Xalqinfo"nun məlumatına görə, Almaniyanın "Proysen" klubunun üzvü Rüfət Dadaşov millinin heyətindən çıxarılıb.

Buna səbəb onun dünən keçirilən məşqdə zədələnməsidir. O, AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində noyabrın 16-da “Bakcell Arena”da Uels, 3 gün sonra səfərdə Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, R.Dadaşovdan əvvəl İspaniya “Albasete”sinin futbolçusu Eddi İsrafilov heyətdən çıxarılmışdı. Lakin yarımmüdafiəçi yalnız ilk oyundan kənarda qalacaq, komandaya sonradan qoşulacaq.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler