» »  “İdman mərkəzləri açmaq istəyən sahibkarlara güzəştlər tətbiq olunsun”

 “İdman mərkəzləri açmaq istəyən sahibkarlara güzəştlər tətbiq olunsun” - Naqif Həmzəyev

Bölmə: Xəbər
 “İdman mərkəzləri açmaq istəyən sahibkarlara güzəştlər tətbiq olunsun”
"2019-cu il Azərbaycan tarixində uğurlu islahatlar ili kimi yadda qalacaq. Vergilər sayəsində əldə olunan uğurlar hər birimizi sevindirir. Xüsusi ilə də nəğdsiz ödənişlərin artması çox uğurlu nailiyyələrdəndir".

 

"Xalqinfo" xəbər verir ki, bunu Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.

 

Millət vəkili, daim vergi ödəyən və heç bir qanun pozuntusu etməyən sahibkarla digər sahibkarlar arasında rəqabət yaradılmasını, onları həvəsləndirməyi də təklif edib:

 

“Çalışmalıyıq ki, vergi ödəyən sahibkarlar bunu sevərək etsinlər”

 

Sağlam həyat tərzinin təkcə Bakıda deyil, regionlarda da təbliğinə toxunan Naqif Həmzəyev regionlarda yoqa mərkəzlərinin, idman klublarının sayının çoxaldılmasına diqqəti çəkib:

 

“Çox təssüflər olsun ki, bu sahədə böyük gəlirlər olmadığı üçün sahibkarlar bu səhəyə maraq göstərmirlər”.

 

Naqif Həmzəyev İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edərək bildirib ki, yoqa, idman mərkəzləri açmaq istəyən gənc sahibkarlara güzəştlər tətbiq olunarsa bu problem aradan qaldırılar, sahibkarlar idmana yatırım edərlər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler