» » Qüdrət Qurbanov səfirlə görüşdü

Qüdrət Qurbanov səfirlə görüşdü

Bölmə: Xəbər
Qüdrət Qurbanov səfirlə görüşdü
Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Floreslə görüşüb.

“Xalqinfo” xəbər verir ki, qonarları səmimi salamlayan Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bu görüşün qarşılıqlı nailiyyətlərə, eləcə də dəniz nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmasına imkan yaradacağına ümidvar olduğunu dedi

Prezident İlham Əliyev tərəfindən dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını diqqətə çatdıran Dövlət Dəniz Agentliyinin direktoru bildirdi ki, Agentlik qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsinə və bu təcrübənin Azərbaycanda tətbiq edilməsinə xüsusi diqqət yetirir.

Dövlət Dəniz Agentliyinin fəaliyyəti barədə danışan Qüdrət Qurbanov Azərbaycanın dəniz nəqliyyatı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkilindən söz açıb.

Dövlət Dəniz Agentliyinin direktoru vurğulayıb ki, Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu “C” kateqoriyası üzrə Meksikanın namizədliyi 2017- ci ildə Azərbaycan tərəfindən tərəfindən dəstəklənib.

Meksikanın Beynəlxalq Dəniz Təşkilatındakı fəaliyyətinə toxunan səfirin sözlərinə görə, ölkəsinin bu mötəbər təşkilatda iştirakı Beynəlxalq Dəniz Təşkilatına öz müsbət töhvələrini verib. Meksikanın liman şəbəkəsinin 117 limandan ibarət olduğunu diqqətə çatdıran qonaq bu limanlarda yeniliklərin həyata keçirildiyini dedi.

Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu “C” kateqoriyası üzrə Meksikanın  2017 – ci ildə olduğu kimi yenidən namizədliyini irəli sürdüyünü söyləyən səfir bu dəfə də Azərbaycandan dəstək gözləyirik dedi. 

Dövlət Dəniz Agentliyinn direktoru Qüdrət Qurbanov noyabr ayının sonunda Baş qərargahı London şəhərində yerləşən Beynəlxalq Dəniz Təşkilatının baş tutacaq növbəti Assambleyasında Azərbaycanın Meksikaya dəstək verəcəyini vurğuladı.

Meksika Birləşmiş Ştatlarının fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores Meksika dövlətinin Azərbaycanın dəstəyini yüksək qiymətləndirdiyini bildirərək, onlara göstərilən diqqətə görə, xüsusi minnətdarlığını ifadə etdi.

 Tərəflər Beynəlxalq Dəniz Təşkilatı çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə edərək, məsələ ilə bağlı fikir mübadiləsi apardılar.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler