» » Nazirlik şəhid ailələri və müharibə əlillərini mənzillə təmin etdi

Nazirlik şəhid ailələri və müharibə əlillərini mənzillə təmin etdi

Bölmə: Xəbər
Nazirlik şəhid ailələri və müharibə əlillərini mənzillə təmin etdi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün Lənkəran rayonunda və Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış mənzillər bir qrup şəhid ailəsi və müharibə əlilinə təqdim edilib.



Nazirlikdən "Xalqinfo"ya verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim olunması zamanı vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı ildən-ilə geniş miqyas alır. 2018-ci ildə nəzərdə tutuldğundan 3 dəfədən çox, yəni 626 mənzil həmin insanlara təqdim olunub. 2019-cu ildə isə bu kateqoriyalardan olan vətəndaşlara 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub, onlardan artıq 253 mənzil verilib. Bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6907 mənzil mənzil təqdim edilib.



Yeni mənzil alan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən razılıqla bəhs ediblər. Onlar şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yüksək qayğı göstərildiyinə, yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler