» » Nazir minimum pensiya artımının davamlı olacağını anons etdi

Nazir minimum pensiya artımının davamlı olacağını anons etdi

Bölmə: Xəbər
Nazir minimum pensiya artımının davamlı olacağını anons etdi
“Azərbaycanda minimum pensiya 1 il əzində 116 manatdan 200 manata çatdırılıb. Davamlı olaraq bununla bağlı iş aparılır. İlk dəfə olaraq, Azərbaycanda minimum pensiya yaşayış minimumunun üzərində oldu”.

"Xalqinfo"nun xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxış edərkən deyib. O bildirib ki, pensiya alan bir çox şəxslərə, xüsusilə də əlilliyi olanlara əlavə müxtəlif təqaüdlər ödənilir:

“Məsələn, Qarabağ müharibəsi əlilliyi olan şəxslərə 250 manata qədər müxtəlif təqaüdlər ödənilir, digər əliliyi olan şəxslərə 100 manat. Bu kontingent kifayət qədər genişdir. Təxminən pensiya alan şəxslər arasında 400 min nəfəri əlavə təqaüdlər alır. Bu proses davamlı olacaq, Azərbaycanda minimum pensiyanın artırılmasına dair işlər görüləcək”.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler