» » Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir

Bölmə: Xəbər
Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir
Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis kimi fəaliyyət göstərmək məqsədilə müvafiq ixtisas attestatını əldə etmək istəyən, habelə hal-hazırda bu fəaliyyəti yerinə yetirən və ya gələcəkdə belə fəaliyyəti həyata keçirmək istəyən şəxslər üçün noyabr ayından etibarən iki aylıq təlimlər təşkil olunur.

"Xalqinfo"ya daxil olan mlumata görə, təlimlərdə gömrük işinin hüquqi əsasları, gömrük nəzarəti və rəsmiləşdirilməsi (gömrük prosedurları, qeyri ticarət siyasəti tədbirləri), gömrük bəyannamələrinin doldurulması qaydasının metodikası, gömrük işinin iqtisadi əsasları, gömrük hüquqpozmaları və s. istiqamətləri əhatə edən mövzular üzrə nəzəri və praktiki dərslər keçirilir.

Təlimlər gömrük xidmətində çalışan təcrübəli və peşəkar mütəxəssislər tərəfindən aparılır.

Proqram çərçivəsində mövzular üzrə sualların cavablandırılması üçün operativ mobil vasitələrdən istifadə edilməklə təlim iştirakçılar arasında operativ sual-cavab, həmçinin müzakirə platformasi yaradılıb. Belə ki, tədris prosesində öyrədilməsi və təhlili nəzərdə tutulan mövzuların daha yaxşı qavranılmasi məqsədilə əlavə müasir texniki proqram vasitələrindən istifadə olunur.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler