YAP Qarabağ müharibəsi əlilinə ev tikəcəkBölmə: Xəbər
![]() Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək. "Xalqinfo" xəbər verir ki, bu barədə partiyanın rəsmi saytında məlumat dərc edilib. Saytda bildirilir ki, Yevlax rayonu Yuxarı Qarxun kənd sakini, birinci qrup Qarabağ Müharibəsi əlili, ehtiyatda olan polis polkovnik-leytenantı, 1947-ci il təvəllüdlü Həsənov Tahir Hüseyn oğlu 13.09.2013-cü il tarixində Yevlax şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunmaq üçün Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyinə alınmasını xahiş edib. “Həsənov Tahir Hüseyn oğlunun ərizəsi nəzərə alınaraq o, həmin vaxtdan qanunamüvafiq olaraq Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliyində 119-cu sırada qeydiyyata alınmışdır. Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin 01.03.2014-cü il tarixə dürüstləşdirilmiş mənzil növbəliliyi siyahısı Yevlax şəhər İcra Hakimiyyətinin 06.03.2014-cü il tarixli 208 nömrəli qeydiyyat məktubu ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuşdur. Ötən dövr ərzində fərdi yaşayış evləri və ya ictimai mənzillərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər üzürlü səbəblərdən mənzil növbəliliyindən çıxarılmış şəxslərdən sonra hazırda Həsənov Tahir Hüseyn oğlu Yevlax rayonu üzrə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil növbəliliyində 73-cü sıraya yerləşdirilmişdir. Həsənov Tahir Hüseyn oğlunun mövcud sosial durumu nəzərə alıhttp://xalqinfo.az/engine/skins/bbcodes/images/b.gifnaraq ona fərdi evin tikilməsini Yeni Azərbaycan Partiyası öz üzərinə götürmüşdür. Artıq fərdi evin tikintisi üçün Yevlax rayonunda müvafiq ərazi ayrılmışdır”, - deyə “yap.org.az” saytında bildirilib. Xalqinfo.az |
XƏBƏR LENTİ
10.12.19 20:23 | Vasif Talıbov onların maaşını 50 faiz artırdı
10.12.19 19:22 | Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
10.12.19 18:28 | Abdullah ibn Al Hüseynin Azərbaycana səfəri başa çatdı
10.12.19 16:59 | “Anar Ələkbərov mənə zəng vurdu...”
10.12.19 16:37 | Rusiyanın baş prokuroru bakılıya vəzifə verdi
10.12.19 16:04 | “Disney” yeni filmi barədə xəbərdarlıq etdi
10.12.19 16:00 | Sabah hava necə olacaq?
10.12.19 15:56 | 165 min pul, 4 mənzil və ticarət obyekti ələ keçirdi
10.12.19 15:16 | Bu şəxslərə verilən Prezident təqaüdü də elektronlaşdırıldı
10.12.19 14:40 | Nazirdən qərar - Artıq lisenziya tələb olunacaq
10.12.19 14:33 | Kəmaləddin Heydərov 51 yaşlı generalı vəzifəsindən çıxardı
10.12.19 13:32 | Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir
10.12.19 12:44 | Üç qurum “anlaşdı”
10.12.19 12:39 | Azərbaycanlı rejissorun filmi Rusiyada “ən yaxşı” oldu
10.12.19 12:28 | ““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” adlı ilk milli oyunlarımız yaradılıb”
10.12.19 12:04 | Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
10.12.19 11:45 | Yalçın Əfəndiyev vəfat etdi
10.12.19 11:27 | Tramp haqqında qalmaqallı dosyenin müəllifi qızının dostu çıxdı
|