Metronun bu stansiyalarının adları dəyişdiriləcəkBölmə: Xəbər
![]() "Bakı Metropoliteni" QSC "Ulduz" və "Xalqlar Dostluğu" stansiyalarının adlarını dəyişmək istəyir. "Xalqinfo" xəbər verir ki, bu barədə "Report"a açıqlamasında qurumun baş mühəndisi Əlixan Osmanov məlumat verib. "Ulduz" stansiyasının "Böyükşor" adlandırılmasını istəyirik. Adı SSRİ dövrünü xatırladan "Xalqlar dostluğu" stansiyası üçün isə bir neçə ad təklif etmişik. Həmin stansiyanın yaxınlığından görkəmli şəxsiyyətlərin adlarına olan bir neçə küçə və prospekt keçir. Bunlardan biri Günəşli qəsəbəsinə doğru gedir (red. Babək prospekti), digəri isə Laçın Univermağının yanından keçir (red. Bəhruz Nuriyev küçəsi). Çaşqınlıq yaratmamaq üçün hələlik onların adlarını səsləndirmək istəmirəm, amma artıq Nazirlər Kabineti yanında Adqoyma Komissiyasına müraciət etmişik", - o deyib. Bundan başqa, metropoliten rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum "Bənövşəyi xətt"də olacaq bütün stansiyaların adları ilə bağlı təkliflərini də Adqoyma Komissiyasına təqdim edib: "Həmin adları qəbul edib-etməmək komissiyanın səlahiyyətindədir. Adətən Adqoyma Komissiyası stansiyalara adları onların yerləşdiyi əraziyə uyğun verir. İndiyə qədər bizdə adqoyma bir qədər pərakəndə olub. Məsələn, "Nizami" və "Memar Əcəmi" stansiyalarının yaxınlığında həmin şəxslərlə bağlı küçə, prospekti yaxud onları xatırladan nə isə yoxdur. Amma bu gün Adqoyma Komissiyası bu işlə ciddi məşğul olur". Xalqinfo.az |
XƏBƏR LENTİ
10.12.19 14:40 | Nazirdən qərar - Artıq lisenziya tələb olunacaq
10.12.19 14:33 | Kəmaləddin Heydərov 51 yaşlı generalı vəzifəsindən çıxardı
10.12.19 13:32 | Çingiz Mustafayevin radiosunu Mirşahin almaq istəyir
10.12.19 12:44 | Üç qurum “anlaşdı”
10.12.19 12:39 | Azərbaycanlı rejissorun filmi Rusiyada “ən yaxşı” oldu
10.12.19 12:28 | ““İşğal altında Şuşa” və “İşğal altında Ağdam” adlı ilk milli oyunlarımız yaradılıb”
10.12.19 12:04 | Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
10.12.19 11:45 | Yalçın Əfəndiyev vəfat etdi
10.12.19 11:27 | Tramp haqqında qalmaqallı dosyenin müəllifi qızının dostu çıxdı
10.12.19 11:25 | Nazir müavini Bakıda dəhşətli yanğın baş verən ərazidə
10.12.19 11:19 | “EuroHome”in sahibi bu şəxsdir
10.12.19 11:15 | Nəsimidə anım gününə həsr olunmuş tədbir
10.12.19 11:12 | Göyərtəsində 38 nəfərin olduğu təyyarə radarlardan itdi
10.12.19 10:45 | Tramp bu gün Lavrovu qəbul edəcək
10.12.19 10:33 | FHN helikopterdən çəkilən görüntüləri yaydı - Video
10.12.19 10:22 | Yanğın baş verən ərazidə yol tamamilə bağlandı
10.12.19 10:13 | Vəfa Zeynalovanın qardaşı vəfat etdi
10.12.19 09:45 | “Eurohome”un içindən - Fotolar+Video
10.12.19 09:24 | Yanğın yerinə 3 helikopter göndərildi - Yenilənir + Video
10.12.19 09:00 | “Eurohome”da yanğın gücləndi
10.12.19 08:39 | “ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
10.12.19 08:12 | 10 dekabr - İnsan Hüquqları Günüdür
10.12.19 07:38 | Azərbaycanlı rəssam xorvatiyalı səfirə ərə getdi - Fotolar
|