» » MTRŞ-dən Mətanətlə bağlı-

MTRŞ-dən Mətanətlə bağlı- Açıqlama

Bölmə: Xəbər
MTRŞ-dən Mətanətlə bağlı-
ATV telekanalında yayımlanan canlı yayımlanan “Gündəlik” verilişində aparıcı Mətanət Əliverdiyeva şou göstərib. Verilişdə şpaqat açan aparıcının paltarı cırılıb. İctimai qınağa səbəb olan bu görüntülərlə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə səsləndirilən fikirlərdə aparıcının hərəkətləri birmənalı qarşılanmayıb. Belə ki, aparıcının etdiyi hərəkətlər qınaq obyektinə çevrilib.


"qafqazinfo" xəbər verir ki, Milli Teleradio Şurasının Monitorinq Şöbəsinin rəhbəri Təvəkkül Dadaşov sözügedən görüntülərlə bağlı mövqeyini açıqlayarkən Azxeber.com-a bunları söyləyib: “Mən bu səhnəyə baxmışam. Əslində, aparıcı belə halların baş verməməsini nəzərə almalıdır. Şou-proqram olduğu üçün aparıcının standart hallardan nisbətən kənara çıxması mümkündür. Bu hərəkətdə qanunvericiliklə kobud şəkildə pozuntu yoxdur. Amma əgər bu hərəkət ictimai qınağa səbəb olursa, aparıcılar gələcək fəaliyyətlərində bundan nəticə çıxarmalıdırlar”.

Müsahibim qeyd etdi ki, bu görüntülərdə qanunvericiliyin pozulması halı olmadığına görə, biz qurum olıaraq bu hala müdaxilə edə bilmirik: “Şura televiziyalarda ictimai qınağa səbəb olan halları nəzarətdə saxlayır. İctimaiyyətin narazılığını nəzərə alaraq, aparıcılar televiziyalarda belə hallardan qaçmalıdırlar”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler