» » Türkiyədə işləyən azərbaycanlı alim Salyanda dünyasını dəyişdi

Türkiyədə işləyən azərbaycanlı alim Salyanda dünyasını dəyişdi

Bölmə: Xəbər
Türkiyədə işləyən azərbaycanlı alim Salyanda dünyasını dəyişdi
Azərbaycana qısa müddətli səfərə gələn İstanbul Universitetinin professoru Məhəmməd Tağıyev 68 yaşında qəfil ürək tutmasından anadan olduğu Salyan rayonunda dünyasını dəyişib.

"Xalqinfo" xəbər verir ki, məşhur riyaziyyatçı Məhəmməd Həmid oğlu Tağıyev elmi fəaliyyəti ilə bağlı 1993-cü ildən Türkiyəyə köçmüşdü və İstanbul Universitetinin professoru idi. Onun hazırlaşdırdığı və Beynəlxalq Riyaziyyat Olimpiadasında iştirak edən Türkiyə məktəblilərinin qalib gəlməsi məşhur riyaziyyatçı müəllimə yaşadığı qardaş ölkədə çox böyük nüfuz qazandırmışdı.

Son illərdə Türkiyə Milli Təhsil Nazirliyinin “Elmi Olimpiada” Akademiyasının qurucusu və baş konsulu kimi fəaliyyət göstərirdi. Onun hazırladığı türkiyəli tələbələr hazırda ABŞ, Braziliya, Meksika, Almaniya və Türkiyənin ən məşhur universitetlərində elmi fəaliyyətlərini davam etdirirlər.

Azərbaycanlı alimin əməyi Türkiyə dövləti tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib...

Riyazlyyatçı alimin 3 oğlu da onun yolunu davam etdirir.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler