» » Binəqədidə Bayraq Günü körpələr evində qeyd olundu

Binəqədidə Bayraq Günü körpələr evində qeyd olundu

Bölmə: Xəbər
Binəqədidə Bayraq Günü körpələr evində qeyd olundu
Binəqədi Rayonu İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və 138 saylı körpələr evi-uşaq bağçasının birgə təşkilatçılığı ilə 138 saylı körpələr evi-uşaq bağçasında “9 noyabr Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirildi.

"Xalqinfo" xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova, bağçanın kollektivi və valideynlər iştirak edib.

Tədbiri açıq elan edən 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova qonaqları salamlayaraq, uşaqların hər birinə uğurlar dilədi.

Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı müavini Aygün Əliyeva tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. A.Əliyeva müstəqillik bərpa edildikdən sonra Azərbaycanın dövlət bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyini bildirdi. Natiq ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Bayrağına diqqət və qayğısının təzahürü olaraq Respublikanın bütün şəhər və rayon mərkəzlərində Bayraq Meydanlarının, həmçinin Dövlət Bayraq museylərinin yaradıldığı barədə məlumat verdi.

Daha sonra 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları ifasında “Azərbaycan bayrağına” həsr edilmiş maraqlı kompazisiyalar, rəqs, şeir, nümunələri nümayiş etdirdilər. Tədbirin sonunda balaca fidanların iştirakı ilə xatirə şəkili çəkdirildi.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler