» » Bakı Ali Neft Məktəbində yeni təyinat -

Bakı Ali Neft Məktəbində yeni təyinat - Zeybəb Kazımova

Bölmə: Xəbər, BLOK XƏBƏR
Bakı Ali Neft Məktəbində yeni təyinat -


Zeynab Kazımova Bakı Ali Neft Məktəbində yeni təyinat alıb. modern.az saytının xəbərinə görə, jurnalistlərin yaxşı tanıdığı Zeynab Kazımova Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
Z.Kazımova bu təyinatadək Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri (mətbuat katibi) olub.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəisi Kəmalə Paşayeva təhsilini doktorantura pilləsində davam etdirmək üçün Türkiyəyə gedib.

Zeynab Kazımova Modern.az-a bildirib ki, o, artıq Bakı Ali Neft Məktəbindəki yeni işinə başlayıb.

Zeynab Kazımova Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində Beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr pillələri üzrə təhsil alıb. Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər üzrə dissertantura pilləsini başa vurub “Qarabağ münaqişəsi Fransa mətbuatında” mövzusunda elmi işini yazıb.

1996-cı ildən jurnalistlik fəaliyyətinə başlayan Zeynab Kazımova həm radio və televiziyada, həm də müxtəlif qəzetlərdə müxbir kimi çalışıb. 2002-ci ildən Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin üzvü, 2003-cü ildən isə Birliyin Azərbaycan bölməsnin rəhbəri olub. 2003-2006-cı illərdə Azərbaycanda nərş olunan ilk fransızdilli qəzet “Az-Media” qəzetinin baş redaktoru təyin olunub. 2004-cü ildə Afrikada Burkina Faso Respublikasında keçirilən fransızdilli jurnalistlərin illik toplantısında iştirak edib. 2007-ci ildən həmni qəzet fəaliyyətini dayandırıb və Zeynab Kazımova “Le Carrefour” (Yol qovşağı) qəzetini təsis edib. Hazırda sözügedən qəzet Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqandır.

Zeynab Kazımova 2009-2010-cu illərdə Belçikanın Azad Brüssel Universitetinin Avropaşünaslıq İnstitutunda elmi işçi statusu alıb və həmin universitetdə “Ümumavropa təhlükəsizlyi və Cənubi Qafqazda münaqişələr” mövzusu üzrə araşdırma aparıb.

2008-ci ildə Azərbaycan Dillər Universitetində yeni yaradılan İctimaiyyətlə əlaqələr və Mətbuat xidməti şöbəsinə rəhbər təyin olunub. O cümlədən ADU-nun rəsmi orqanı olan “Poliqlot” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib. 2010-cu ildən isə şöbə daxilində yaradılan Protokol xidmətinə də rəhbərlik edib.

2010-cu ildə Azərbaycan Dillər Universiteti “İlin Universiteti”, ADU-nun Mətbuat xidməti isə ali təhsil müəssisələrinin analoji strukturları içərisində birinci yerə çıxaraq “İlin mətbuat xidməti” adını qazanıb.

2011-ci ildə isə ADU-nun Mətbuat xidmətinin rəhbəri ali təhsil müəssisələrinin analoji strukturları içərisində ”Ilin mətbuat katibi” seçilib.

2014-cü ilin fevralında ADU-da İctimaiyyətlə əlaqələr Departamenti yaradılıb və Zeynab Kazımova departament rəhbəri təryin olunub. 2014-cü ilin dekabrında isə, öz xahişi ilə tutduğu vəzifədən çıxıb. Zeynab Kazımova Bakı Ali Neft Məktəbində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Gülşən RAUFQIZI

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler