» » Deputat Bayraq və Konstitusiya günü münasibətilə tədbirdə

Deputat Bayraq və Konstitusiya günü münasibətilə tədbirdə

Bölmə: Xəbər
Deputat Bayraq və Konstitusiya günü münasibətilə tədbirdə
Millət vəkili Novruz Aslanov noyabrın 8-də İsmayıllı rayonunda Bayraq və Konstitusiya günü münasibətilə rayonun Uşaq və Gənclər Mərkəzində keçirilən tədbirdə iştirak edib.

 

"Xalqinfo" xəbər verir ki, deputat çıxışında üçrəngli bayrağın ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilməsindən, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında muxtar respublikanın bayrağı kimi qəbul olunmasından söhbət açıb. Eyni zamanda, 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunması və 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalamasını iştirakçıların diqqətinə çatdırıb.

 

Daha sonra 12 noyabr Konstitusiya günü ilə bağlı Novruz Aslanov bildirmişdir ki, 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyası olmuşdur. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi üçün hüquqi baza yaratmış və onun inkişafına güclü təkan vermişdir. Tədbirdə digər natiqlərdə çıxış etmişlər.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler