» » Milli Məclisin komitələri qapalı büdcə müzakirələrini davam etdirir

Milli Məclisin komitələri qapalı büdcə müzakirələrini davam etdirir

Bölmə: Xəbər
Milli Məclisin komitələri qapalı büdcə müzakirələrini davam etdirir
Milli Məclisdə 2020-ci ilin büdcə zərfinin qapalı müzakirələri bu gün də davam edir.

"Xalqinfo" xəbər verir ki, büdcə zərfinin müzakirələrinin ikinci günündə nəzərdə tutulan iclas artıq başlayıb.

Müzakirələrdə Milli Məclisin 5 komitəsi - Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələri birgə iştirak edirlər.

Xatırladaq ki, ötən gün – noyabrın 5-də parlamentdə büdcə zərfinin müzakirəsi ilə əlaqədar ilk iclas keçirildi. İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələri bir araya gəlib.

Sabah - noyabrın 7-də isə İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasının keçirilməsi nəzərdə tutulur.


Daha sonra 2020-ci ilin büdcə zərfinin müzakirəsi parlamentin plenar iclasına tövsiyə olunacaq.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler