» » Milyaderlə baş nazirin biznesi

Milyaderlə baş nazirin biznesi araşdırılır

Bölmə: Xəbər, İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Milyaderlə baş nazirin biznesi

Türkiyə mediası azərbaycanlı gəmiçilik maqnatı, milyarder Mübariz Mənsimovun bu ölkənin baş nazirinin ailə üzvləri ilə ortaq biznesini araşdırır.


"Qafqazinfo" virtualaz.org saytına istinadən xəbər verir ki, gəmiçilik sektoru üzrə ixtisaslaşmış denizhaber.com.tr portalı və ona istinadən baş nazir Ərdoğanın qatı düşməninə çevrilmiş Fətullah Gülənin media orqanları, habelə ana müxalifət partiyası CHP-yə yaxın media Mənsimovun müəmmalı ortaqlığı haqda yazır.

Denizhaber.com.tr xatırladır ki, bu ilin noyabrında Türkiyə prezidenti Ərdoğanın qardaşı Mustafa Ərdoğan, oğlu Nəcməddin Bilal Ərdoğan və yeznəzi Ziya İlgenin ortaq şirkəti olan “BMZ Group Denizcilik Şirketi” tərəfindən “Palmali”nin sifarişi ilə inşa edilən 10 tankerdən ikincisi dənizə buraxılıb.

M.Mənsimovun nənəsinin adını daşıyan “Bəyim Aslanova” tankeri 18 milyon dollara başa gəlib. Tanker 7 min tondan çox neft daşımaq imkanındadır. Gəminin suya buraxılması mərasimində uzun müddətdir ortalarda görünməyən Mustafa Ərdoğan da iştirak edib.

Xəbərdə bildirilir ki, Mənsimovun “Palmali Group” şirkəti ötən ilin may ayında “Yardımcı Group” şirkəti ilə neft daşımalarında istifadə edilmək üçün 10 tankerin inşası üçün razılığa gəlib. Daha sonra hələ inşa edilməyən bu gəmilərin kreditlə “BMZ Group”a satıldığı açıqlanıb.

Portal yazır ki, əslində “BMZ Group” gəmiləri almaq üçün əvvəlcə “Palmali Holding”dən kredit alır. 10 tankerin inşası üçün alınan kreditin miqdarı 180 milyon dollardır. Gəmilərin inşası “Yardımçı” tərsanələrində həyata keçirilir.

“BMZ Group” daha sonra kreditlə aldığı bu gəmiləri “Palmali”yə 10 illiyinə icarəyə verir. Pulun necə ödənildiyi məlum deyil. “Palmali Holding” portalın bu haqda sorğusuna cavab verməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler