» » ABŞ-da yaşayan diaspor sədrindən azərbaycanlılara

ABŞ-da yaşayan diaspor sədrindən azərbaycanlılara - ÇAĞIRIŞ

Bölmə: Xəbər
ABŞ-da yaşayan diaspor sədrindən azərbaycanlılara
“ABŞ-da yaşayan azərbaycanlılara yalvarıram ki, Konqresin nümayəndələri ilə tanış olun. Hər bir Konqres təmsilçisinin sizə yaxın bir ofisi var. Onların qapısını döyün, özü orada olmasa belə, işçilərlə dost olun”.

"Xalqinfo"
nun məlumatına görə, bu fikirləri Vaşinqtonda fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri bildirib.

“Onlara deyirəm ki, həmin ofislərdə sizi qarşılamalı və sizi dinləməlidirlər. Mövzularınızı yaxşı bilin. Həmin ofislərin nümayəndələrinin öz rayonlarında bir azərbaycanlı icmasının olduğunu bilmələri vacibdir. Bunu təkrar-təkrar söyləyirəm və hər kəsə yol göstərib kömək edə bilərəm. Yaxın olsa, mən də sizinlə görüşə gedərəm. Biz onlarla yaxşı münasibət qurmalıyıq”.

Tomris Azəri deyir ki, aksiyalar keçirmək vaxtı artıq çoxdan keçib:

“Xalqımıza ən vacib təklifim odur ki, ingilis dilini yaxşı öyrənsin. Bu ölkədə yaşayırsan... bunu deyərkən, nənəm yadıma düşdü, biz Amerikaya gələndə qoca nənəm, ingilis dilini öyrənmək üçün gecə məktəbinə getdi və bununla qürur duyurdu. Yaşadığınız ölkənin dilini öyrənin ki, problemlərimizi anlasınlar”.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler