» » “Restoranlarda nərə balığı adı ilə başqa ət satırlar”

“Restoranlarda nərə balığı adı ilə başqa ət satırlar”

Bölmə: Xəbər
“Restoranlarda nərə balığı adı ilə başqa ət satırlar”
“Restoranlarda nərə balığı adı ilə insanlara başqa ətin satılması halları mövcuddur”.

“Xalqinfo” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasında keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda o qədər nərə balığı yoxdur ki, bütün restoranlarda satılsın: “Yediyimiz məhsula ehtiyatla yanaşmalıyıq. Digər ətin nərə balığı adı ilə verilməsi var. Vətəndaşlar bu məsələdə ehtiyatlı olmalıdır”.

Nazir əlavə edib ki, Azərbaycanda nərə balığının yetişdirilməsi istiqamətində işlər davam edir və ildən-ilə bu proses artır: “Bir zamandan sonra biz bunun müsbət nəticələrini görəcəyik”.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler