Azərbaycanlı rejissor Türkiyədə vəfat etdiBölmə: Xəbər
Bu gün Tanınmış teatr rejissoru, Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov 73 yaşında vəfat edib. "Xalqinfo" bakupost.az-a istinadən xəbər verir ki, rejissor ürək çatışmamazlığı nəticəsində Türkiyədə dünyasını dəyişib. Qeyd edək ki, Hilal Mahmud oğlu Həsənov 10 sentyabr 1943-cü ildə Gəncədə anadan olub. 1962 ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejisorluq fakültəsinə daxil olub. Hərbi xidmətə çağrıldığı üçün təhsilini 1970 ci ildə bitirib. 1979-cu ildən 1986 cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejisoru təyin olunub.1993-cü ildən Türkiyə Cümhuriyyətində rejisor olaraq fəaliyyət göstərirdi.Bir çox kitabların və tamaşa ssenarilərinin müəllifi olmuş, saysız hesabsız tamaşalara quruluş vermişdi. Xalqinfo.az |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|