Bakıda cinsi azlıqlar polis idarələrinə çağırılıb - AÇIQLAMABölmə: Xəbər
![]() Bakı Şəhər Baş Polis İdarəsi sosial şəbəkələrdə cinsi azlıqların nümayəndələrinin paytaxtın müxtlif polis bölmələrinə qeyri-formal görüşə çağırılmaqla, onlardan aksiyalarda iştirak etmələrinin tələb olunduğu barədə yayılan xəbərləri cəfəngiyyat adlandırıb. "Xalqinfo" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, polis paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasında qanunla səlahiyyət verilməyən heç kimin köməyinə ehtiyac duymur: “Dəfələrlə vətəndaşların müxtəlif məzmunlu, çoxsaylı müraciətləri əsasında cinsi azlıqların profilaktikası tədbirləri çərçivəsində onlar polis orqanlarına dəvət olunaraq, onlarla izahedici söhbətlər aparılıb. Həmin söhbətlərdə onların diqqətinə çatdırılıb ki, paytaxtın müxtəlif yerlərində toplanması sakinlərin narahatlığına səbəb olur. Görünür ki, bu söhbətlərin məzmunu bilərəkdən, məqsədli olaraq cəmiyyətə başqa formada çatdırılır”. E.Hacıyev vurğulayıb ki, ölkə qanunlarından irəli gələrək ayrı-ayrı vətəndaşların hər birinin hüquq və azadlıqlarının təminatında polis üzərinə düşən vəzifələri həyata keçirir: “Kimlərinsə sifarişlərini yerinə yetirən şəxslərin polis haqqında uydurmaları cəmiyyətlə polis arasında süni qarşıdurma yaratmağa yönələn növbəti uğursuz cəhddir”. Xalqinfo.az |
XƏBƏR LENTİ
09.12.19 20:53 | REAL namizədlərinin sayını açıqladı
09.12.19 20:02 | Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olundu
09.12.19 19:58 | Putin Parisə getdi
09.12.19 19:57 | Səfər Mehdiyev Andrey Strukovla görüşdü
09.12.19 19:55 | Ərdoğan Makronu ittiham etdi
09.12.19 19:50 | Azərbaycanlı müğənni koreyalı modellə evləndi -
09.12.19 19:32 | Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsi məsələsinə aydınlıq gətirdi
09.12.19 19:10 | Deputat illər əvvəl soyuğa tərk edilmiş qızı övladlığa götürüb
09.12.19 18:32 | Rusiyada narkotik alverçisi olan azərbaycanlı istintaqdan qaçaraq, hərbi xidmətdə gizlənib
09.12.19 18:00 | İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi
09.12.19 17:44 | İşgəncəyə məruz qalan uşaqların nənəsi danışdı
09.12.19 17:27 | Prezident Əlişir Musayevi təltif etdi
09.12.19 17:13 | Zakir Qaralov azyaşlıların işgəncələrə məruz qalması ilə bağlı məsələni xüsusi nəzarətə götürdü
09.12.19 16:52 | Naxçıvan Ali Məclisi də buraxıldı
09.12.19 16:39 | Müşahidə Şurasının yeni tərkibi ilə bağlı sərəncam
09.12.19 16:17 | Erkin Qədirli seçkiyə gedir
09.12.19 16:14 | İlham Əliyev Dövlət Agentliyinə 7,8 milyon manat ayırdı
09.12.19 14:56 | Rusiyaya şok qadağa
09.12.19 14:34 | Telman İsmayılovun əmlakları satışa çıxarıldı
09.12.19 13:49 | 11 dərəcə isti olacaq
|