» » YAP-ın köhnə ofisi hansı partiyaya bağışlanacaq?..

YAP-ın köhnə ofisi hansı partiyaya bağışlanacaq?..

Bölmə: Xəbər
YAP-ın köhnə ofisi hansı partiyaya bağışlanacaq?..
Yayılan bəzi məlumatlarda hakim Yeni Azərbaycan Partiyasının (YAP) köhnə ofisinin iqtidaryönlü partiyalardan birinə veriləcəyi bildilir.
Amma YAP-dan bunu təkzib etdilər. Bildirildi ki, Yeni Azərbaycan Partiyasının əvvəlki qərargah binası hazırda istifadə olunmur.


Bu barədə YAP-dan "Xalqinfo"nun sorğusuna cavab olaraq bildirilib. Məlumata görə, YAP-ın Səbail rayonunda yerləşən əvvəlki binası hələ də partiyanın balansında qalır. Halbuki, həmin binanın hələlik heç bir təyinatı yoxdur.

Qeyd edək ki, 2018-ci il mayın 18-nə qədər Yeni Azərbaycan Partiyasının inzibati binası Səbail rayonunda Bülbül küçəsi 13 ünvanında yerləşirdi. 2018-ci il mayın 18-də isə Xətai rayonunda Yusif Səfərov küçəsi 10 ünvanında Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılış mərasimi olub.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler