» » İstanbuldan Bakıya gələn sərnişindən qanunsuz dərman götürüldü

İstanbuldan Bakıya gələn sərnişindən qanunsuz dərman götürüldü

Bölmə: Xəbər
İstanbuldan Bakıya gələn sərnişindən qanunsuz dərman götürüldü
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

DGK-dan "Xalqinfo"ya verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.

Vətəndaşa məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub.

Nəticədə çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı bəyan edilməyən 13 adda dərman preparatları və çantada olan ayaqqabının içərisindən dərmanlara aid təlimatlar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler