» » Azərbaycandan ABŞ Nümayəndələr Palatasının qərarına

Azərbaycandan ABŞ Nümayəndələr Palatasının qərarına - REAKSİYA

Bölmə: Xəbər
Azərbaycandan ABŞ Nümayəndələr Palatasının qərarına
"ABŞ Nümayəndələr palatasının qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi 296 saylı qətnaməni pisləyir, qərəzli və ədalətsiz hesab edirik".

"Xalqinfo" xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Şöbə müdiri vurğulayıb ki, bu qətnamənin heç bir siyasi, hüquqi və tarixi əsası yoxdur, ermənipərəst lobbi qruplarının səyləri nəticəsində qəbul edilib:

"Həmin dövrdə baş vermiş hadisələr siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır.

Ermənistan və erməni lobbi dairələri qondarma "erməni soyqırı"mını siyasi möhtəkirlik obyektinə çeviriblər. Onlar bu məqsədlə ermənilərin Cənubi Qafqazda və digər regionlarda törətdikləri cinayətləri ört-basdır etməyə çalışırlar. Ona görə də Ermənistan həmin dövrün hadisələrinin Birgə tarixi komissiya tərəfindən araşdırılması barədə Türkiyənin təklifini qəbul etmir.

Tarixin saxtalaşdırılması, "tarixin yenidən yazılması” cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir".

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler