» » Ermənilər kəndləri və döyüş mövqelərimizi atəşə tutub

Ermənilər kəndləri və döyüş mövqelərimizi atəşə tutub

Bölmə: Xəbər
Ermənilər kəndləri və döyüş mövqelərimizi atəşə tutub
29 oktyabr tarixində axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və sərhəd döyüş mövqelərimiz istiqamətində atəşkəs rejimini davamlı surətdə pozublar.

“Xalqinfo" xəbər verir ki, bununla bağlı məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb. Bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.

DSX-nin məlumatında qeyd edilir ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamətində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler