» » TRT-nin baş direktoru Bakıya gəlir

TRT-nin baş direktoru Bakıya gəlir

Bölmə: Xəbər
TRT-nin baş direktoru Bakıya gəlirTRT-nin baş direktoru Şenol Göka dekabrın 11-də Bakıya ilk rəsmi səfərə gələcək.

apa-nın məlumatına görə, Türkiyə - Azərbaycan Media əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsində reallaşacaq səfər çərçivəsində Bakıda keçiriləcək görüşlərdə iki ölkənin kütləvi informasiya vasitələri arasında əməkdaşlıq və bu iş birliyinin genişləndirilməsi mövzuları müzakirə olunacaq.

Şenol Göka, Beynəlxalq Mətbuat Mərkəzində təşkil ediləcək “Media qanunu, etika və hədəflər’’ mövzusunda toplantıda iştirak edəcək. TRT baş direktorunun Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü planlaşdırılır.

Səfər çərçivəsində Şenol Gökanın Az.TV, İTV və digər kanalların rəhbərləri, Azərbaycan Mətbuat Şurasının sədri ilə də görüşləri olacaq.

Səfər dekabrın 13-dək davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler