» » Bakıda ağır qəza:

Bakıda ağır qəza: 1 ölü, 6 yaralı

Bölmə: Xəbər
Bakıda ağır qəza: Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, dekabrın 6-da saat 19:50 radələrində, Lökbatan qəsəbəsi ərazisində Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Turqay İmanov idarə etdiyi “Changan” və Bakı şəhər sakini 1954-cü il təvəllüdlü Tahir Tapdıqovun idarə etdiyi VAZ-2104 markalı avtomobillər toqquşub. Hadisə yerində T.Tapdıqovun sərnişini, Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Asif Mahmudov ölmüşdür. Sürücü və sərnişinləri 1961-ci il təvəllüdlü İzzətəli Baxışov, Ağsu rayon sakini, 1994-cü il təvəllüdlü Röyal Ümidov, habelə T.İmanov və sərnişinləri, Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Vəfa Hüseynova, 1989-cu il təvəllüdlü Almurad Əhmədov və qardaşı 1985-ci il təvəllüdlü Səməd Əhmədov xəstəxanaya yerəşdirilib. T.Tapdıqov və T.İmanovun vəziyyəti orta ağır, digərlərinin vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler