» » Mərdəkanda ailənin bütün üzvləri qazdan zəhərləndi

Mərdəkanda ailənin bütün üzvləri qazdan zəhərləndi

Bölmə: Xəbər
Mərdəkanda ailənin bütün üzvləri qazdan zəhərləndi
Bakıda bir ailə qazdan zəhərlənib.

Səhiyyə Nazirliyindən “Xalqinfo”ya daxil olan məlumata görə, Təcili Tibbi Yardıma müraciət səhər saat 5 radələrində daxil olub. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç. 48 ünvanında yaşayan bir ailənin 4 üzvü - ata, ana,7 yaşlı qız və 5 yaşlı oğlanları dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler