» » Partlayışda yaralananlardan 2-nin vəziyyəti ağırdır

Partlayışda yaralananlardan 2-nin vəziyyəti ağırdır

Bölmə: Xəbər
Partlayışda yaralananlardan 2-nin vəziyyəti ağırdır
Xəzər dənizində SOCAR-ın geoloji kəşfiyyat qayığında baş verən partlayış zamanı xəsarət alan 3 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

 "Xalqinfo"nun məlumatına görə, hadisə nəticəsində xəsarət alanlardan 2-nin vəziyyəti ağır, 1 nəfərin isə vəziyyəti orta ağır qiymətləndirilir.

 

Yaralılarda əsasən bədənin ön səthinin, sifət nayihəsinin yanıqları, qəlpə yaraları xəsarətləri aşkarlanıb.

Hazırda yaralıların müalicə və müayinəsi davam edir.

Xatırladaq ki, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib.

Nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler