Sabah yağış yağacaqBölmə: Xəbər
12 oktyabrda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Xalqinfo”ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-18, gündüz 20-23, Bakıda gecə 16-18, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 12-16 dərəcə isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz Gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|