» » "İnstagram"da qadınla tanış oldu, şəkilləri ilə şantaj etdi

"İnstagram"da qadınla tanış oldu, şəkilləri ilə şantaj etdi

Bölmə: Xəbər
"İnstagram"da qadınla tanış oldu, şəkilləri ilə şantaj etdi






Bakıda qadına qarşı hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Samir İsmayılzadə yenidən məhkəməyə müraciət edib.

Xalqinfo.az xəbər verir ki, Ali Məhkəməyə kassasiya şikayəti verən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Məmmədova (ad və soyad şərti) "İnstagram" sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Şəhriyar Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib.

İttihama görə, həmin şəxslər qadından, ümumilikdə, 13 min manata yaxın pul alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Abbasov 8 il və S.İsmayılzadə isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler