» » Sabahdan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək

Sabahdan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək

Bölmə: Xəbər
Sabahdan Türkiyə vətəndaşları Azərbaycana vizasız gələcək




Azərbaycan sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.

“Xalqinfo” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə sabahdan qüvvəyə minəcək qərara əsasən, Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv olunub.

Həmçinin, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənəcək.

Xatırladaq ki, Türkiyə Hökumətinin qərarına əsasən, bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşları viza tələbindən azad edilmişdi.

Cari ilin iyulunda isə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanmışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler