» » Nərimanovda Polis Günü qeyd olunub

Nərimanovda Polis Günü qeyd olunub

Bölmə: Xəbər
Nərimanovda Polis Günü qeyd olunub




İyulun 2-də Azərbaycan Polisi Günü münasibətilə Nərimanov Rayon Polis İdarəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər.

Rayon Polis İdarəsinin rəisi Vaqif Müslümov çıxışında hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlığını bildirib.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyevin Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təbrikini çatdıraraq Azərbaycan polisinin Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiq olduğunu bildirib və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu qeyd edib.

Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin “Fəxri fərman” və hədiyyələri təqdim edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler