» » Misir Mərdanovun qardaşından sərt açıqlama –

Misir Mərdanovun qardaşından sərt açıqlama – “Bu, böhtandır”

Bölmə: Xəbər
Misir Mərdanovun qardaşından sərt açıqlama –Sabiq təhsil naziri Misir Mərdanovun qardaşı İlham Mərdanov bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində zərərçəkən Əmiraslan Mustafayev tərəfindən adının hallandırılmasına münasibət bildirib.

aznews.az-a açıqlamasında İlham Mərdanov Əmiraslan Mustafayev adlı şəxsi tanımadığını və ona böhtan atıldığını qeyd edib.

“Mənim adımın o şəxs tərəfindən hallandırılması artıq 2-ci dəfədir. Bunu mənə qarşı qərəz hesab edirəm. Məhkəmədə mənim haqda səslənən fikirlər tamamilə yalandır”, - deyə İlham Mərdanov əlavə edib.

Qeyd edək ki, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Əmiraslan Mustafayev ifadə verib. Zərərçəkmiş ifadəsində sabiq təhsil naziri Misir Mərdanovun qardaşının adını hallandırıb. O, qeyd edib ki, təqsirləndirilən Elman Məmmədova 6 min manat verib. Ə.Mustafayevin sözlərinə görə, Elman Məmmədov onun oğlu Qurban Mustafayevi ali məktəblərdən birinə köçürəcətyinə vəd verib. O, qeyd edib ki, Elman Məmmədov bu köçürülmə prosesini Misir Mərdanovun qardaşı İlham Mərdanovun vasitəsi ilə həyata keçirəcəyini vəd edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler