» » Əli Abbasov iranlı nazirlə görüşdü

Əli Abbasov iranlı nazirlə görüşdü

Bölmə: Xəbər
Əli Abbasov iranlı nazirlə görüşdüRabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakutel 2014” - 20-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

axar.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazir Əli Abbasov iki yaxın ölkə arasında son zamanlar intensiv aparılan danışıqların səmərəli nəticəsinin İT sektoruna müsbət təsirinə diqqət çəkib.

İranlı nazir Mahmud Vaezi də məhsuldar keçən bu görüşlərin tərəflər arasında yeni mərhələyə təkan verdiyini vurğulayıb. “Bakutel 2014”-də İranın 10 İKT şirkəti ilə təmsil olunduğunu da nəzərə çatdıran M.Vaezi onların Azərbaycan bazarına göstərdikləri maraqdan danışıb.

Daha sonra “Bakutel 2014”-ə qatılmış İranın İT şirkətləri təqdimatla çıxış edərək, istehsal etdikləri xidmət və məhsullar barədə nazirə məlumat veriblər.

Görüşdə qarşılıqlı münasibətlərin daha da gücləndirilməsi, bu zəmində İT şirkətlərinin bazarlarda fəal iştirakına hərtərəfli şəraitin yaradılması qərara alınıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler