» » Müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım olacaq?

Müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım olacaq? RƏSMİ

Bölmə: Xəbər, Sosial
Müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım olacaq?



Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarına əlavələrdə artım nəzərdə tutulmayıb.

Bu barədə Təhsil TV-nin "Təməl” verilişində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı yalnız dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə şamil edilir.

Qeyd edək ki, 18 iyunda Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır. (azedu.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler