» » Rusiya və ABŞ-dan xəbərdarlıq:

Rusiya və ABŞ-dan xəbərdarlıq: Gürcüstana getməyin!

Bölmə: Xəbər
Rusiya və ABŞ-dan xəbərdarlıq:




Gürcüstan paytaxtı Tbilisidə iki gündür davam edən etiraz aksiyaları və qarşıdurmalar xarici dövlətləri narahat edib.


Xalqinfo.az xəbər verir ki, artıq Rusiya və ABŞ öz vətəndaşlarına müraciət edərək Gürcüstana mümkün qədər az səfər etməyi və mitinqlərin keçirildiyi yerlərdən uzaq olmağı məsləhət görüb.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının bugünkü iclasında Gürcüstanda baş verən prosesləri müzakirə edib. İclas iştirakçıları Gürcüstan paytaxtında baş verənləri antiRusiya qüvvələrin təxribatı adlandırıb və bundan narahatlıqlarını ifadə ediblər.

İclasda Rusiya Xarici İşlər Nazirliyinə tapşırıq verilib ki, Gürcüstana getmək istəyən və hazırda Tbilisidə olan rusiyalı turistlər mövcud təhlükə barədə məlumatlandırılsın.

ABŞ-ın Gürcüstandakı səfirliyi də Amerika vətəndaşlarına xəbərdarlıq edib. Səfirlik öz vətəndaşlarını iyunun 21-23-də keçirilən aksiyalardan uzaq durmağı, həmçinin imkan daxilində kənar, təhlükəsiz yerlərə getməyi məsləhət görüb.

Səfirlik iyunun 20-də ictimai asayişin və sabitliyin ciddi şəkildə pozulmasından, polisin rezin güllələr, su şırnağı və gözyaşardıcı qaz tətbiq etməklə aksiyanı dağıtmasından ciddi narahat olduğunu bəyan edir. Bildirilir ki, aksiyalar davam edir. Bundan başqa, həftə sonu “LQBT-prayd həftəsi” çərçivəsində bəzi yerlərdə aksiyaların keçiriləcəyi gözlənilir. AntiAmerika qüvvələrin bizim vətəndaşlarımıza ciddi xəsarət yetirməsi ehtimalı böyükdür. Ona görə də səfirlik vətəndaşlardan mümkün qədər aksiya keçirilən yerlərdən uzaq olmağa çağırır.

Böyük Britaniyanın Gürcüstandakı səfiri Djastin Makkenzi də Tbilisidə baş verənlər barədə öz “Tvitter” səhifəsində yazıb. Diplomat baş verənlərdən narahat olduğunu bildirib, tərəfləri sabitliyə dəvət edib.

Səfir güc tətbiq olunması ilə bağlı bütün siyasi qüvvələrin məsuliyyət daşıdığını bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler