» » Hesablama Palatası deputatlara hesabat verəcək

Hesablama Palatası deputatlara hesabat verəcək

Bölmə: Xəbər
Hesablama Palatası deputatlara hesabat verəcək



Milli Məclisin (MM) növbəti və aprel ayında keçiriləcək ilk plenar iclasının vaxtı müəyyənləşib.

Xalqinfo.AZ -ın məlumatına görə, növbəti iclas gələn həftəninin ikinci günü, aprelin 9-da keçiriləcək.

İclasda bir çox məsələlər, qanun layihələri ilə yanaşı, Hesablama Palatasının illik hesabatının da müzakirəsi nəzərdə tutulur.

Hesabatla Palatanın sədri Vüqar Gülməmmədov çıxış edəcək və hesabat ətrafında müzakirələr başa çatdıqdan sonra sənəd səsverməyə çıxarılaraq, təsdiqlənəcək.

Qeyd edək ki, hesabat məruzəsi öncə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçiriləcək iclasında müzakirə olunacaq və müzakirələrdən sonra plenar iclasa tövsiyə ediləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler