» » Azərbaycanlı avtoritetə görə dəhşət yaşandı: Həbsxana yaralılarla doludur -

Azərbaycanlı avtoritetə görə dəhşət yaşandı: Həbsxana yaralılarla doludur - VİDEO

Bölmə: Xəbər, BLOK XƏBƏR
Azərbaycanlı avtoritetə görə dəhşət yaşandı: Həbsxana yaralılarla doludur -Dünən yayınladığımız azərbaycanlı avtoritet “Zayka” ləqəbli Zaur Əliyevin gürcü qanuni oğru “Lotu Quli”nin adamları tərəfindən işgəncələrə məruz qalması, aşağılanması hadisəsinin yeni təfərrüatları bəlli olub.
aznews.az-ın məlumatına görə, işgəncə faktı “Matroskaya tişina” istintaq təcridxanasında törədilib. Rusiya mətbuatı yazır ki, bu təcridxana qanqsterlərin qanlı davaları üçün yeni məkana çevrilib. Orada artıq ikinci həftədir ki, kütləvi davalar baş verir. Həbsxananın tibb məntəqəsi isə yaralılarla dolur.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, ötən həftə “Zayka” ləqəbli Zaur Əliyevin saxlanıldığı hücrəyə 30 nəfər güclə daxil olub. Onlara “killer” Nazim Hümbətov (“Nazim Xromoy”) və “avtoritet” Erdak Lənkəranski başçılıq edib. Qandallanmış “Zayka” möhkəm döyülüb. Bütün bu döyülmə anı bir neçə telefonla çəkilib. Bununla yanaşı Skype vasitəsilə “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) saxlanıldığı Azərbaycan hücrələrindən biri ilə əlaqə saxlanılıb. Məhz Lotu Quli “edam”ın təşkilatçısı olub.

Dekabrın 2-də isə cavab reaksiyası izlənilib. Həbsxanaya “nəzarət edən” Nukri Doçya (“Nukri Qalski”) digər məhkumlarla birlikdə “Zayka”ya hücum edənlərdən yeddisini vəhşicəsinə döyüb. Zərbələrdən çoxu Nazim Xromoy və Erdak Lənkəranskinin payına düşüb. Onlar da hazırda digər yaralananlarla birlikdə tibb məntəqəsindədirlər.
Qeyd edək ki, Azərbaycanda həbsdə olan məşhur “qanuni oğru” “Loti Quli” ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir “qanuni oğru”ya - “Zayka”ya inanılmaz işgəncələr veriblər. Buna səbəb isə “Zayka”nın (Zaur Əliyev) azadlıqda olarkən “Lotu Quli” haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətməsi olub. Qeyd edək ki, Zaur Əliyev bu il noyabr ayının 8-də Moskvada həbs olunub.

Onun həbsi düşmənlərinin qisas alması üçün fürsət yaradıb. Necə olubsa, “Zayka” Lotu Qulinin adamları ilə eyni həbsxanaya salınıb(?). Bu zaman “Zayka”dan söyüşlərin “hesabını” sorulub. Onlar başçı – “Lotu Quli” ilə telefon bağlantısı yaradaraq “Zayka” ya işgəncə vermək üçün təlimatlar alıblar. Dəhşətli əzablara məruz qoyulan “Zayka” Lotu Qulini söydüyünə görə üzr istəyib. Məlumata görə, ona verilən işgəncələrin hamısı lentə alınıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler