» » İran silkələnir: hər kəs Qarabağ deyir -

İran silkələnir: hər kəs Qarabağ deyir - Video

Bölmə: Xəbər
İran silkələnir: hər kəs Qarabağ deyir -



Güney Azərbaycanın Təbriz şəhərinin “Traktor” komandasının azarkeşləri bugünkü qarşılaşmadan 2 saat əvvəl stadiona gələrək, şüarlar səsləndiriblər.

Azarkeşlər “Traktor” – “Pədidə” qarşılaşmasının 15-ci dəqiqəsində ana dili probleminə, 27-ci dəqiqəsində isə Qarabağ probleminə diqqət çəkiblər.

Musavat.com axar.az-a istinadla xəbər verir ki, meydanda olan soydaşlarımız bildiblər ki, onların arasında sarı geyimli polis əməkdaşları var və onlar hər vəchlə şüarların qarşısını almağa çalışırlar.

Stadionda 50 min “Traktor” azarkeşinin olduğu bildirilir.

Qeyd edək ki, N.Paşinyanın İranda “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” plakatı qaldırılıb. İran dövlətinin bu plakatın qaldırılmasına göz yummasına etiraz olaraq, güneyli fəallar “Traktor”un hər oyununun 27-ci dəqiqəsində Qarabağ məsələsinə diqqət çəkəcəklərini bildiriblər.





Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler