» » Domen adları ilə bağlı yeni qaydalar

Domen adları ilə bağlı yeni qaydalar

Bölmə: Xəbər
Domen adları ilə bağlı yeni qaydalar
Nazirlər Kabineti “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatlarının siyahısını təsdiq edib.

Xalqinfo.az xəbər verir ki, yeni qaydalarda bildirilir ki, “az” şərti işarəsi Azərbaycan Respublikasına mənsub olmaqla, qlobal internet şəbəkəsində Azərbaycana məxsus milli seqmenti əks etdirən yüksək səviyyəli ölkə kodudur. Bu qaydalar “az” ölkə kodlu yüksək səviyyəli domen adı ilə yaradılmış informasiya ehtiyatının kontenti və (və ya) onun vasitəsilə informasiyanın yayılması ilə bağlı yaranan münasibətlərə şamil edilmir. Sifarişçi “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatçısını sərbəst seçmək hüququna malikdir.

“az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığı domen adlarının milli inzibatçısı (bundan sonra – Milli inzibatçı), domen adlarının qeydiyyatı və onlara texniki xidmət isə yerli və ya xarici qeydiyyatçılar tərəfindən aparılır. 3.2. “gov.az” domen zonasının inzibatçılığı Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş müvafiq qaydalara uyğun tənzimlənir. Bu qaydaların tələblərinə cavab verən domen adlarının qeydiyyatı aparılır. Qeydiyyatçılar domen adlarının qeydiyyatının sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bu qaydaların tələbləri 6 nəzərə alınmaqla, qeydiyyatın elektron formada aparılmasını təşkil edirlər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler