» » Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Bölmə: Xəbər
Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəkCeyms Uorlik Twitter hesabında görüş barəsində məlumat verib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı açıqlanıb.

Xalqinfo.az-ın anspress-ə istinadən məlumatına görə, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter hesabında görüş barəsində məlumat verib:

"İsveçrənin Bazel şəhərində Ermənistan və Azərbaycan xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşəcəklər. Görüş iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınması ilə bağlı müzakirələr aparacaqlar", - deyə həmsədr qeyd edib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının İsveçrənin Bazel şəhərində keçirilən 21-ci iclasında iştirak edir. Elmar Məmmədyarovun iclasda çıxışı, bir sıra ikitərəfli görüşləri, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler