» » "Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -

"Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" - Rusiya azərbaycanlılarından BƏYANAT

Bölmə: Xəbər
"Düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır" -




Rusiyada Azərbaycan diaspor təşkilatları son günlər Moskvada çeçenlərlə azərbaycanlılar arasında baş vermiş təxribatla bağlı bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, təşkilatların birgə bəyanatında bildirilir ki, baş verən hadisələr iki qardaş xalq arasında düşmənçilik toxumu səpməyə çalışan xarici qüvvələrin təxribatıdır: “Biz azərbaycanlılara və çeçen icmasının nümayəndələrinə müraciət edərək ağılagəlməz nəticələrə gətirib çıxara biləcək təxribatlara uymamağa və hər birimiz üçün çətin günlərdə daha sıx birləşməyə çağırırıq” - bəyanatda bildirilir.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. Təqribən, 70-100 nəfərin iştirak etdiyi insident zamanı ölən və xəsarət alanlar olub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler