» » Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır -

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır - təsisçisi Vüsalə Mahirqızıdır

Bölmə: Xəbər
Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır -

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.

Xalqinfo.az bildirir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.

Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.

Əldə etdiyimiz məlumata görə, agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.

Digər məlumata görə, lent.az portalı da fəaliyyətini bərpa edəcək.

Yeni agentliyin yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilsə də, dəqiq tarix barədə məlumat yoxdur.

Həmkarlarımızı və bütün media cameəsini təbrik edirik.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler